“Bakıdakı məğlubiyyət Əmrənin düşüncələrini qüvvətləndirdi”
15.10.2010 - 17:26
“Əmrə Azərbaycan yığması ilə oyundan sonra çox kədərli idi. İndi özünü daha yaxşı hiss edir. O, milli komanda üçün əlindən gələni etməyə çalışır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə yığmasının kapitanı Əmrə Belözoğlunun meneceri Ahmet Bulud deyib.
30 yaşlı yarımmüdafiəçi Bakıdakı məğlubiyyətdən sonra yığmadan gedəcəyini bildirdi. Buludun sözlərinə görə, Əmrə hələ ölkəmizə gəlməmişdən öncə bu haqda düşünürmüş: “Onsuz da Əmrənin daha əvvəldən yığmanı buraxmaq kimi bir düşüncəsi vardı. Lakin bu, tam dəqiqləşməmişdi. Getməklə bağlı çox baş sındırdı. Azərbaycan qarşısında alınan məğlubiyyət, təbii olaraq ayrılmaq mövzusundakı düşüncələrini qüvvətləndirdi”.
Futbolda hər şeyin dəyişə biləcəyini bildirən FİFA agenti müştərisinin fikrindən daşınacağına ümid edir: "Əmrənin qərarı bir az tələsik oldu. Amma böyük ehtimalla 2012-ci ildə milli komandaya vida edəcək. Qərarını dəyişib-dəyişməyəcəyini bilmirəm. Bu səbəbdən 2012-ci il üçün danışmaq bir az erkəndir. Bəlkə qərarından imtina, bəlkə də davam edər. Bunu kimsə bilə bilməz. Əmrə hazırda düşünür".
Qeyd edək ki, Bulud Türkiyə yığmasının digər aparıcı futbolçusu Arda Turanın da meneceridir.

0
0