AFFA Kamran Ağayevlə Jabanın cəzasını azaltdı
16.10.2010 - 09:33
AFFA “Xəzər Lənkəran” klubunun kapitanı Kamran Ağayevlə “Bakı”nın braziliyalı hücumçusu Jabanın cəzasını yüngülləşdirib. Apasport.az saytının məlumatına görə, assosiasiyanın Apelyasiya və Ekspert Komitəsinin keçirilən iclasında İntizam Komitəsinin hər 2 futbolçuya çıxardığı 4 oyunluq cəza yarıbayarı azaldılıb.
Əslində, qərarlar qüvvədə saxlanılsa da, şərti cəzalar var. Belə ki, Ağayevlə Jaba intizam tədbiri olaraq 2 oyunluq cəzalandırılır, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə, azad olunur. Onlar bu müddətdə eyni xarakterli hərəkətlərə yol verdiyi təqdirdə, təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.
Qeyd edək ki, digər qərarla İntizam Komitəsinin “İnter” – “Muğan” oyunu ilə bağlı məsələlərə yenidən baxılmalıdır. Dava-dalaş düşən həmin görüşdə “İnter”in bir sıra futbolçuları aşkar kobudluq etsələr də, oyunda ümumiyyətlə, qırmızı vərəqə göstərilməmişdi.

0
0