Arda Turan icazəsiz müsahibə verdiyi üçün cəzalanacaq
16.10.2010 - 09:48
Arda Turan icazəsiz müsahibə verdiyi üçün cəzalanacaq
“Qalatasaray" klubunun prezidenti Adnan Polatın rəhbərliyə xəbərdarlıq etmədən NTV telekanalına müsahibə verdiyi üçün Arda Turan cəzalandırılacaq.

Apasport.az saytının xəbərinə görə, o, Arda barədə deyilən "çox fəal cinsi həyat yaşadığı üçün zədələnib" tipli iddiaların axmaqlıq olduğunu vurğulayaraq, futbolçunun Almaniya yığması ilə matç ərəfəsindəki məşqdə aldığı zədə ilə Ardanın şəxsi həyatı arasında heç bir əlaqə olmadığını vurğulayıb: "Ardaya verdiyi dəstəyə görə "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırıma da minnətdaram. Lakin kimsə unutmasın ki, Arda bizim oyunçumuzdu və onu həmişə, hər yerdə haqsız iddialarla böhtanlardan qoruyacağıq. Komandamızın kapitanının özəl həyatına müdaxilələri pisləyirəm. Ona qarşı çox haqsızlıq edirlər. Həmin adamlardan Ardadan əl çəkmələrini istəyirəm. Məsut Yılmazı "Real"dan satın almaq və "Qalatasaray"ın kapitanı etmək niyyətimiz barədə iddialar da yalandı. Arda Məsutdan da irəliyə, yüksəklərə gedəcək bir futbolçudu. Buna inanıram".