Sneyder “İnter”də qalır
16.10.2010 - 09:50
Sneyder “İnter”də qalır
"İnter"in yarımmüdafiəçisi Uesli Sneyder klubu ilə yeni müqavilə imzalamağa hazırlaşır. Apasport.az saytının xəbərinə görə, həmin anlaşmanın müddəti 2015-ci ildə başa çatır.

Şərtlərə görə, holland futbolçu mövsüm ərzində 6 milyon avro maaş alacaq: “Klubla aparılan danışıqlar artıq başa çatmaq üzrədi. Bəzi detalları nizamlamaq qalıb, xırda məsələlərdi. Əgər "İnter"dən getmək fikrində olsaydım, indiyədək bunu edərdim. Axı çoxlu təkliflər almışdım. Lakin indi başlıca məqsədim Milan klubu ilə yeni müqavilə imzalamaqdı. Anlaşma ilə bağlı danışıqların uzanmasına gəldikdə isə - 20 yaşım yoxdu və bütün mümkün variantları nəzərə almalıyam”.