Qyoko Hacıyevski: “Qarabağ”ın futbolçuları yaxşı formadadır
16.10.2010 - 10:06
“Qarabağ” çox güclü komandadı. Onlar avrokuboklarda da öz oyunları ilə diqqət mərkəzinə düşmüşdü. Hazırda da oyunçuları yaxşı formadadı. Ancaq AÇ-2012-nin seçmə mərhələsinin oyunları "Qarabağ"a pis təsir edir. Çünki futbolçularının çoxu həm çempionat həm seçmə mərhələdə oynayırlar. Məhz buna görə də futbolçularında yorğunluq hiss olunur". Apasport.az saytının xəbərinə görə, bu sözləri "Simurq"un baş məşqçisi Qyoko Hacıyevski söyləyib.
Unibank Premyer Liqasının IX turunda "Simurq" "Qarabağ"ın qonağı olacaq. Oyun haqqında fikirlərini bildirən makedoniyalı mütəxəssis Zaqatala klubunun hazırkı vəziyyəti ilə bağlı bunları deyib: "Bu matçda da məğlub ola bilərik. "Simurq" Madrid "Real"ı deyil ki, qabağına çıxanı məğlub etsin. Biz gənc oyunçularla mübarizə aparırıq. Əvvəlki oyunlarda "Neftçi", "Bakı" və "İnter"lə başabaş mübarizə apardıq. Ancaq futbolçularımın təcrübəsizliyi ucbatından hər üç qarşılaşmada məğlub olduq. Əgər belə davam edərsə, rəhbərlikdən qış transfer pəncərəsində "Simurq"un heyətinə 3-4 təcrübəli futbolçu cəlb etmələrini tələb edəcəyəm”.

0
0