Yığmamız böyük hesablı qələbə qazanıb, qrupda qaldı - YENİLƏNİB
16.10.2010 - 20:50
Yığmamız böyük hesablı qələbə qazanıb, qrupda qaldı - YENİLƏNİB
Bu gün 19 yaşlılardan ibarət yığma komandaların Avropa çempionatının ilkin seçmə mərhələsinin 3-cü qrupunda mübarizəyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Portuqaliyada təşkil olunan qrup oyunlarının son turu da Azərbaycan yığmasının taleyinə aydınlıq gətirməyib.

İki turdan sonra qrup sonuncusu olan komandamız növbəti mərhələyə çıxmaq şansını Gürcüstanı məğlub etməklə qoruyub. Qonşularımızı 3:0 hesabı ilə məğlub edən yığmamız qrupda yalnız 3-cü yeri tutub. Bernard Lippertin yetirmələrinin ikinci olmasına Portuqaliya ilə heç-heçə edən (1:1) Yunanıstanı imkan verməyib. Mərhələni məğlubiyyətsiz aşa vurub ilk pillədə qərarlaşan meydan sahiblərinin ardından hər iki komanda eyni sayda – 4 xal yığıb. Lakin şəxsi oyunda yunanlara uduzmağımız millimizi 3-cü yerlə kifayətlənməyə məcbur edib.

Yarışın əsasnaməsinə uyğun olaraq, ilkin seçmə mərhələnin 13 qrupunda ilk iki yeri tutanlar birbaşa elit-raunduna yüksəlir. Bu iki vəsiqəni Portuqaliya və Yunanıstan ələ keçirsə də millimiz digər qruplarda yarışların başa çatmasını gözləməyə məhkumdur. Belə ki, öz qrupunda ilk iki yeri tutan 26 “xoşbəxt”lə yanaşı 3-cü yerin sahibləri arasında ən yaxşı göstəriciyə malik iki komanda elit-raunda yüksələcək. İlkin seçmə mərhələnin oyunlarına oktyabrın 30-da yekun vurulacağından yığmamızın da taleyini elə bu ay ərzində aydınlıq gələcək.

Azərbaycan – Gürcüstan - 3:0
QOLLAR: Aleksandr Qross, 54; Tural İsgəndərov, 75; 79
1. Andrey Popoviç, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 4. Aleksandr Qross, 6. Abdulla Abatsiyev, 8. Yasin Yaqubzadə, 9. Tural İsgəndərov, 10. Amit Quluzadə, 15. Ruslan Tağızadə, 17. Rəhman Hacıyev, 19. Mirhüseyn Seyidov (k)

Portuqaliya - Yunanıstan - 1:1

1.Portuqaliya 3 1 2 0 6-3 5
2. Yunanıstan 3 1 1 1 2-2 4
3. Azərbaycan 3 1 1 1 5-3 4
4. Gürcüstan 3 1 0 2 1-6 3