Hiddink: Azərbaycana məğlubiyyətdən sonra ondan üzr istədim
16.10.2010 - 10:42
Hiddink: Azərbaycana məğlubiyyətdən sonra ondan üzr istədim
Türkiyə milli komandasının baş məşqçisi Qus Hiddink Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasına məğlubiyyətdən dərs alıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis öz yığmasının baş məşqçisi olan Bert van Merveyki arayaraq, günahkar olduğunu deyib.

Hiddink “gülmə qonşuna, gələr başına” məsəlindən nəticə çıxardıb. O, DÇ-2010-dan sonra həmkarını oynatdığı pis futbola görə sərt tənqid etmişdi: “Azərbaycana məğlubiyyətdən sonra onu telefonla axtardım və üzr istədim. Həmkarıma tam olaraq nə söyləmək istədiyimi və etdiyim tənqidlərin nə mənanı verdiyini dəqiqliklə şərh etmək fürsətim oldu. Onun özü də fikirlərim yer alan saytları diqqətimə çatdırdı. Lakin mən meydanda gördüyüm oyunu bəyənmədiyim, milimizdən daha baxımlı futbol görmək istədiyim üçün bunları söyləmişdim. Ancaq indi geriyə dönüb baxdığımda azarkeş gözü ilə deyil, hadisələri daha çox baş məşqçi kimi qiymətləndirməyimin lazım olduğunu anladım. Bunu Bertə də söylədim. Beləcə bu mövzunun artıq bağlandığını düşünürəm".