Bülənt Uyğundan 200 min təzminat tələb olunur
16.10.2010 - 12:08
“Bucaspor” Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun oynadığı “Əskişəhərspor”un yeni baş məşqçisi Bülənt Uyğundan əl çəkmir. Apasport.az saytının məlumatına görə, “Bucaspor” sabiq çalışdırıcı ilə bağlı Türkiyə Futbol Federasiyasına şikayət edib.
Onlar Uyğunun “Əskişəhərspor”la oyunlarından sonra komandanı buraxaraq, rəqibi ilə müqavilə imzalamasını və layiq olduğu puldan çox aldığını əsas gətirərək, iddia qaldırıb. Belə ki, rəsmi müraciətdə baş məşqçidən 200 min Türk lirəsi (təxminən 100 min manat) mənəvi təzminat tələb olunur. Uyğunun “Əskişəhərspor”la oyundan əvvəl bu komanda ilə razılaşması ilə bağlı çıxan qəzet xəbərləri, istefa ərizəsi və görüşdən sonra yeni müqavilə imzalaması TTF-nin diqqətinə çatdırılıb. “Bucaspor”u narazı salan odur ki, Uyğun indiki komandasının sükanı arxasına keçəcəyi ilə bağlı çıxan xəbərləri yalan adlandırmışdı.

0
0