“Qalatasaray” “Mançester Yunayted”lə mübarizəyə girişdi
16.10.2010 - 12:16
“Qalatasaray” yeni qapıçı almaq üçün hərəkətə keçib. Apasport.az saytının məlumatına görə, “Cim Bom” Danimarka yığmasının qapıçısı Anders Lindeqaardı keçidi ilə bağlı danışıqlara başlayıb.
Norveçdə “Aalesunds”da oynayan 26 yaşlı qapıçı 1,93 metr boya malikdir. Anders yığmada göstərdiyi oyunla məşhur “Mançester Yunayetd”in də diqqətini cəlb edib. “Qalatasaray” bu qapıçı uğrunda mübarizədə qalib çıxmağa çalışır. Klubun futbol şöbəsinin müdiri Adnan Sezgin bu istiqamətdə fəaliyyətinin uğurla nəticələnəcəyini düşünür: “Bu qapıçı İngiltərənin nəhəng komandası olan “Mançester Yunayted”in də transfer siyahısına düşüb. Anders önümüzdəki illərdə damğasını vuracaq”.
Qeyd edək ki, Lindeqaardın transferi 1 milyon avrodur. Əgər bu keçid baş tutmazsa, istanbulluların alternativi “Ayntraxt”ın ikinci komandasında yaxşı oyun göstərən türk qapıçı, 19 yaşlı qürbətçi Cenk Tocundur.

0
0