Sərvət Çətin Bakıdakı kimi oynayacaq
16.10.2010 - 12:39
Sərvət Çətin Bakıdakı kimi oynayacaq
Türkiyə yığmasının futbolçusu Sərvət Çətin Azərbaycan milli komandası ilə Bakıdakı oyunda geydiyi qoruyucu maskadan qurtula bilmir. Apasport.az saytının məlumatına görə, həkimlər müdafiəçinin maskanı çıxarmasına icazə vermir.

Sərvət bir müddət Superliqada da bu cür oynamalı olacaq. “Qalatasaray”ın baş məşqçisi Frank Raykaard yığmaların oyunlarından əvvəl kənarlaşdığı Sərvəti heyətə qaytarıb. O, “Ankaragücü”l ilə sabahkı görüş öncəsi keçirdiyi toplantıda xal itirdikləri oyunlardan danışıb: “Ankaragücü” və “Fənərbaxça” ilə hesabım var. Mənə bu oyunlarda 6 xal qazandırın. Türkiyə yığmasının Almaniya ilə görüşündə sifətindən zərbə alan Sərvət Azərbaycanla görüşdə olduğu kimi maska ilə oynayacaq”.