Adams: Futbolçularımız ikinci hissədə bir qədər yorğun görünürdülər
16.10.2010 - 16:27
Adams: Futbolçularımız ikinci hissədə bir qədər yorğun görünürdülər
“İlk hissədə vurulan qollar matçın taleyini həll etdi”. Apasport.az saytının xəbərinə görə, bunu “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.

Qəbələ təmsilçisi bu gün Unibank Premyer Liqasının IX turu çərçivəsində Salyanın “Muğan” klubu üzərində 2:0 hesablı qələbə qazanıb. Matçdan sonra təşkil olunan mətbuat konfransında ingilis mütəxəssis iki fərqli hissənin oynanıldığını bildirib: “Görüşün çətin olacağını bilirdik. Futbolçularımız ikinci hissədə bir qədər yorğun görünürdülər. Saşa Yunisoğlu milli komandanın heyətindən qayıdıb. Digər futbolçulara isə bir qədər çox istirahət vermişdik. “Muğan” klubuna qarşıdakı oyunlarda uğurlar arzulayıram”.