Almir Hurtiç: Bu, istədiyimiz nəticəni vermədi
16.10.2010 - 17:41
Almir Hurtiç: Bu, istədiyimiz nəticəni vermədi
“Həmkarımı təbrik edirəm, "Qəbələ" yaxşı komandadır”. Apasport.az saytının xəbərinə görə. Bu sözləri “Muğan” klubunun baş məşqçisi Almir Hurtiç deyib.

Unibank Premyer Liqasının IX turunda səfərdə “Qəbələ”yə uduzan Salyan təmsilçisinin çalışdırıcısı bildirib ki, ilk hissədə iki qol buraxdıqdan sonra oyunu demək olar ki, uduzdular: “5-6 futbolçumuz formada deyildi. Rəqibin hər iki qolu adi epizoddan vuruldu. Sonradan dəyişiklik edərək iki hücumçunu meydana buraxsaq da, bu, istədiyimiz nəticəni vermədi”.