Kaxaber Sxadadze: İstefa barədə rəhbərliklə danışacağıq
16.10.2010 - 18:04
Kaxaber Sxadadze: İstefa barədə rəhbərliklə danışacağıq
“Yaratdığımız epizodlardan yararlana bilmədik”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxaxadze deyib.

Son Azərbaycan çempionu Unibank Premyer Liqasının IX turu çərçivəsində ağır zərbə aldı. AZAL-la matçda qapısından 5 cavabsız top buraxan “bankirlər”in gürcü çalışdırıcısı istefa barədə də danışıb: “Fikirmcə çox danışmağa ehtiyac yoxdur. Azarkeşlərimizdən üzr istəyirəm, çünki məsuliyyət həmişə baş məşqçinin üzərindədir. Oyundan sonra futbolçularla, həmçinin istefa barədə rəhbərliklə görüşümüz olacaq. İlk iki qolda müdafiənin səhvi oldu. Xüsusən də müdafiənin mərkəzində çox zəif oynadıq. Valeri Abramidze əməliyyatdan sonra tam sağalmadığı üçün onun mövqeyində Jivko Jelevi oynatdıq. Hesab bərabər ikən çoxlu qol epizodlarımız oldu, oyuna nəzarət edirdik. Buraxdığımız ilk iki qol kabus kimi idi. Bu kabus çox davam etdi”