Vinfred Şafer Azərbaycan – Türkiyə matçını xatırladı
16.10.2010 - 20:39
Vinfred Şafer Azərbaycan – Türkiyə matçını xatırladı
“İlk dəqiqələrdən qapımızda qol gördük, buna görə də bütün komanda ilə hücuma atıldıq”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib.

Almaniyalı mütəxəssis Unibank Premyer Liqasının IX turunda MOİK üzərində qələbə barədə oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib: “İlk hissədə iki qol vura bildik. MOİK-in "Gəncə" ilə oyununa baxmışdım. Əgər bugünkü kimi oynasaydılar "Gəncə" klubuna qalib gələrdilər. Futbolçularım meydana arxayın çıxmışdılar, bu, bir növ Azərbaycan - Türkiyə qarşılaşmasını xatırladırdı. Arxayınçılıq oyunumuza öz təsirini göstərdi. Lakin yekunda qalib gəldiyimiz üçün şadam”.
Qeyd edək ki, “Bakı” MOİK-i 2:1 hesabı ilə məğlub edib.