“Bu oyunda təcrübə qalib gəldi”
16.10.2010 - 20:41
“Bu oyunda təcrübə qalib gəldi”
“Bugünkü oyunda turnir cədvəlində qonşu mövqedə qərarlaşmış komandalar qarşılaşdı. İlk dəqiqələrdə hesabı açsaq da, bu üstünlüyü qoruya bilmədik”. Apasport.az saytının xəbərinə görə, bu sözləri MOİK-in baş məşqçisi Ramil Əliyev deyib.

O, Unibank Premyer Liqasında “Bakı”ya məğlub olmalarına belə şərh verib: “Qoldan sonra bir neçə əlverişli imkandan yararlana bilmədik. "Bakı" bizdən daha təcrübəli komandadır. Fikrimcə, bu oyunda təcrübə qalib gəldi. MOİK bu gün ən azı 1 xala layiq idi”.

Qeyd edək ki, MOİK “Bakı”ya 1:2 hesabı ilə uduzub.