Lippert: Azərbaycanda işlədiyim müddətdə belə yaxşı turnir keçirməmişdik
17.10.2010 - 09:08
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Gürcüstanla oyundan sonra Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, qələbə qazanmasına baxmayaraq, alman məşqçi məyus qalıb: “Qələbə qazanmağımıza baxmayaraq, növbəti mərhələyə yüksələ bilmədiyimiz üçün çox məyusuq. Azərbaycanda işlədiyim müddətdə belə yaxşı turnir keçirməmişdik. Futbolçularımız Portuqaliya və Yunanıstan kimi futbol ölkələri ilə başabaş oyun nümayiş etdirdi. Azərbaycan futboluna bir neçə istedadlı futbolçu qazandırdığımızı düşünürəm”.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0