Qərbdə sensasiya
17.10.2010 - 16:13
Qərbdə         sensasiya
Bu gün keçirilən 3 oyunla Unibank Premyer Liqasında IX tura yekun vurulub. Apasport.az saytının xəbərinə görə, baş tutan hər qarşılaşmalarda məhsuldarlıq qeydə alınıb.

Gəncədə eyniadlı komandanın qonağı olan “Xəzər Lənkəran” görmədiyi günə düşüb. Erkən qol vuran cənub təmsilçisinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra meydan sahibləri hesabı bərabərləşdiriblər. Bu azmış kimi, “ağ-yaşıllar” ilk yarının sonlarında daha 2 dəfə oyuna mərkəzdən başlamağa məcbur olublar. İkinci hissədə hesab arasında fərqi azaltmağa çalışsalar belə, “Xəzər Lənkəran” qapısından daha bir qol buraxaraq, darmadağınla üzləşib. Maraqlıdır ki, arxada qalan 8 oyunda uduzmayan yeganə komanda olan cənublular qapısından cəmi 1 top buraxmışdı.

Lider “Neftçi” də qərb səfərində qələbə qazana bilməyib. Bakılılar Tovuzda indiyədək qələbə qazana bilməyən “Turan”la oyunda 2 dəfə hesabda önə çıxsalar da, sonda 1 xalla kifayətləniblər. 66-cı dəqiqədə fərqlənən Nasimov isə flaqmanın heyətində artıq 10-cu qolunu vurub.

“Qarabağ” isə autsayder “Simurq”un müqavimətini güclə qırıb – 3:2.

16 oktyabr

"Qəbələ" - "Muğan" - 2:0
QOLLAR: Branimir Subaşiç, 4; Deon Barton, 33
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Fuad Həsənov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası

AZAL - "İnter" - 5:0
QOLLAR:Viktor İbekoyi, 49; 80; Qvidas Yuska, 70; Nuqzar Kvirtiya, 77; Vüsal Qarayev, 83
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Aleksandr Musatkin, Alik Yunusov
Bakı. "Şəfa" stadionu

"Bakı" - MOİK - 2:1
QOLLAR: Dare Nibombe, 5 (avtoqol); Juninyo, 19; Vaqif Cavadov, 30
Hakimlər: Ramil Diniyev, Azad Q. Hüseynov, Rza Məmmədov, Feyzulla Feyzullayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

17 oktyabr

"Turan" - "Neftçi" - 2:2
QOLLAR: Viktor Qonta, 41; Georgi Çedia, 87 - Flavio Aleks Valensio, 30; Bahodir Nasimov, 66
Hakimlər: Ceyhun Haşımov, Ramiz Əsədov, İlham Əliyev, Tahir Əhmədov
Tovuz. Şəhər stadionu

"Gəncə" - "Xəzər Lənkəran" - 4:1
QOLLAR: Junivan Suares, 7; Samir Zərgərov, 42; Sabir Allahquliyev, 44; 90 - Katalin Doman, 5
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Eldar Nağıbəyov, Hacıəli Ağayev
Gəncə. Şəhər stadionu

"Qarabağ" - "Simurq" - 3:2
QOLLAR: Georgi Adamiya, 52; Rauf Əliyev, 76; Rəşad Sadiqov, 87 - Baçana Sxadadze, 46; Tofiq Mikayılov, 74
Hakimlər: Elvin Əsgərov, Roman Vasilyev, Elşən Durmuşov, Əfqan Həmzəyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

TURNİR CƏDVƏLİ

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

9

6

2

1

17-4

20

2

Xəzər Lənkəran

9

5

3

1

10-5

18

3

AZAL

9

5

2

2

14-6

19

4

İnter

9

5

1

3

7-8

16

5

Qarabağ

8

4

2

2

10-6

14

6

Gəncə

9

3

5

1

15-9

14

7

Qəbələ

9

4

1

4

8-7

13

8

Bakı

8

3

3

2

12-10

12

9

Muğan

9

2

3

4

6-9

9

10

MOİK

9

1

1

7

4-20

4

11

Turan

9

0

4

5

7-15

4

12

Simurq

9

0

3

6

7-18

3


Bombardir: Bahodir Nasimov (Neftçi) - 10