“Gəncə” – “Xəzər Lənkəran” matçında rekord!
18.10.2010 - 10:46
Unibank Premyer Liqasının IX turunda keçirilən “Gəncə” – “Xəzər Lənkəran” oyunu rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin 4:1 hesabı ilə qalib gəldiyi görüşü 17500 tamaşaçı izləyib.
Bu, 2010/11 mövsümündə ölkə çempionatının ən yüksək göstəricisidir. Bunadək ən çox tamaşaçı “Xəzər Lənkəran” – “İnter” matçında qeydə alınmışdı. Avqustun 21-dəki görüş zamanı tribunalara 13500 seyrçi toplaşmışdı.
Bir oyundakı azarkeş sayına görə rekordun müəllifi olmasına baxmayaraq, “Gəncə” “Xəzər Lənkəran”a məxsus digər göstəricidən hələ çox uzaqdır. Söhbət bir komandanın ev oyunlarına gələn ümumi tamaşaçı sayından gedir. Matçlarından birini əslində səfərdə keçirib, yalnız formal ev sahibi olan lənkəranlılar həmin qarşılaşmanı da nəzərə alsaq, 5 oyunda 46500 seyrçi yığıb. “Gəncə”nin 5 ev oyununda isə 35500 tamaşaçı qeydə alınıb. Digər komandalardan bir baş üstün olan bu iki klub arasında hələlik 11 min tamaşaçı fərqi var.

0
0