“Sevilya”nın sabiq futbolçusu Azərbaycanla oyundan danışdı
18.10.2010 - 11:12
“Azərbaycan yığması ilə oyun ərəfəsində futbolçularımızda bir balaca narahatçılıq, həyəcan var”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Portuqaliya milli komandasının baş məşqçisi Emilio Peyşe deyib.
37 yaşlı mütəxəssis Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunları haqda fikirlərini açıqlayıb. Futbolçu kimi Portuqaliya yığması, “Sportinq”, “Porto”, “Benfika” və İspaniya “Sevilya”sı kimi klublarda oynamış Peyşe qrup turnirinin yığmamıza qarşı keçiriləcək ilk görüşündən ehtiyatlanır: “Futbolçularımızın əksəriyyətinin kifayət qədər təcrübəsi var. Onlar karyeraları ərzində 15-20 beynəlxalq oyun keçiriblər. İlk oyunla bağlı həyəcan isə xeyrimizə olan amildir. Bu, Azərbaycanla oyuna lazımınca köklənməyimizə kömək edəcək”.
Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu oktyabrın 22-də keçiriləcək.

0
0