“Ondan bu barədə nə düşündüyünü yenə soruşacağam”
18.10.2010 - 12:42
“Ondan bu barədə nə düşündüyünü yenə soruşacağam”
İtaliya A seriyasında “Yunventus”un növbəti rekordu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, son tur “Leççe” ilə oyunda turinlilərin 4-cü qoluna imza atan Alessandro Del Pyero bununla komandasında 2 ən çox qol vuran futbolçudan birinə çevrilib. O, 82-ci dəqiqədə rəqib qapıçını məyus etməklə 178-ci dəfə fərqlənib və klubun bombardiri Giampero Bonipertiyə çatıb.

Pyero bildirib ki, klubun tarixində ən çox qol vuran futbolçuya çevrilmək istəyir: “Böyük qürur duyuram. Rəqəmlər əhəmiyyətli deyil. Boniperti hər zaman onu keçəcəyimdən məmnuniyyət duyacağını deyirdi. Səmimi olduğunu bilirəm. Ondan bu barədə nə düşündüyünü yenə soruşacağam”.

Qeyd edək ki, 35 yaşlı Del Pyero 1991-ci ildən “Yuventus”un şərəfini qoruyur. Boniperti isə turinlilərin heyətində 1946-1961-ci illərdə forma geyinib.