Unibank Premyer Liqasının avtoqolsuz günləri - FOTO
18.10.2010 - 13:07
Unibank Premyer Liqasının IX turu mövsümün ilk avtoqolu ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Bakı”nın toqolu legioneri Dare Nibombe 2010/11 mövsümündə qapıları səhv salan ilk futbolçu olub. O, MOİK-lə qarşılaşmada öz qapısına qol vurmaqla, hesabı açıq.
Qeyd edək ki, Azərbaycan çempionatlarında sonuncu avtoqol ötən mövsümə təsadüf edib. Mayın 16-da keçirilən “Olimpik-Şüvəlan” – “Muğan” görüşündə gürcü Davit Svanidze öz qapısına qol vurmaqla, qonaqları məyus etmişdi. Həmin avtoqoldan 153 gün sonra Premyer Liqanın növbəti uğursuzu qapıları səhv saldı.

0
0