Azərbaycan çempionu tarixinin antirekordunu yaşadı
18.10.2010 - 13:25
Unibank Premyer Liqasının IX turu “İnter” klubunun antirekordunu reallaşdırdı. Apasport.az saytının hesablamalarına görə, çempion komanda indiki adını daşıyandan bu yana ən böyük hesablı məğlubiyyətini aldı.
“Bankirlər” AZAL-la səfər oyununda 0:5 hesabı ilə uduzdu. Özü də nəticənin “İnter”in uzun müddətə icarəyə götürdüyü “Şəfa” stadionunda qeydə alınması diqqəti çəkən məqamdır.
2004-cü ilin yayından bu adı daşıyan “İnter” “Xəzər Universiteti” klubunun varisidir. “Tələbələr” ən böyük hesablı məğlubiyyətini 2000/01 mövsümündə “Neftçi” ilə Tofiq Bəhramov adına Respublika stadionunda alıb – 2:7. Yəni, onda 5 top fərqi olmuşdu. “İnter”in isə ən böyük hesablı məğlubiyyəti həmin arenada olsa da, bu, çempion yox, ölkə kubokuna təsadüf edib. Bu, 2005/06 mövsümünün 1/4 finalın cavab görüşü çərçivəsində Yevlaxın “Karvan” klubuna 1:4 hesabı ilə uduzduğu oyundur.
Yeri gəlmişkən, “İnter”in həmin vaxt ukraynalı baş məşqçisi Anatoli Konkov görüşdən sonra istefa vermişdi.
AMMK klubunun varisi olan “Olimpik”, sonradan “Olimpik-Şüvəlan” cari mövsümdən AZAL adını daşıyır. 5 illik tarixində böyük hesablı qələbələri az olan “təyyarəçilər” daha çox 1:0-a sevinib. Ancaq “İnter” üzərində qələbə ən böyük hesablı kimi rekord deyil.
Belə ki, 2008/09 mövsümündə “Olimpik” adlanan komanda elə “Şəfa” stadionunda MOİK-ə 6:1 hesabı ilə qalib gəlib. Bu, 2009-cu ilin mayın 11-də XXVI turda qeydə alınmışdı. Göründüyü kimi, 523 gündən sonra AZAL rekordu təkrarladı.
Mehman SÜLEYMANOV

0
0