“Mübariz Mənsimov icazə versə, başqa kluba keçərəm”
18.10.2010 - 13:50
“Gəncə” ilə oyunda qeydə alınan nəticə gözlənilməz oldu. Mən həmin görüşdə yalnız qələbə gözləyirdim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun qapıçısı Kamran Ağayev deyib.
Cənub təmsilçisi Unibank Premyer Liqasının IX turunda Gəncədə eyniadlı komanda ilə görüşdə böyük hesablı məğlubiyyətlə üzləşdi. Özü də “ağ-yaşıllar” əvvəlki 8 görüşdə qapısından cəmi 1 top buraxmışdısa, gəncəlilər rəqibini 4 dəfə oyuna mərkəzdən başlamağa məcbur etdi. Cəzalı olduğundan komandasının sonuncu matçını buraxan Ağayev latviyalı əvəzləyicisi Denis Romanovun 4 qol buraxmasına belə şərh verib: “Oyunda hər şey olur. Ola bilsin ki, həmin zərbələri mən də dəf edə bilməzdim”.
Adının son vaxtlar xarici klublar ətrafında hallanmasına gəlincə, Ağayev bildirib ki, hələlik “Xəzər Lənkəran”la Azərbaycan çempionu olmaq barədə düşünür: “Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan klubda oynamaq istəyirəm. “Köln”lə bağlı konkret nəsə deyə bilmərəm. Çünki bu klubla hər hansı danışıqlarımız olmayıb. Türkiyə və ya digər ölkələrin komandalarından təklif edildiyini eşitmişəm. İnşallah, klubumuzun fəxri prezidenti Mübariz Mənsimov icazə versə, “Xəzər Lənkəran”ı başqa kluba dəyişərəm. Amma hələlik komandamla çempion olmağı düşünürəm”.
Qeyd edək ki, “Xəzər Lənkəran” Gəncədə eyni adlı komandaya 1:4 hesabı ilə uduzub.

0
0