Elvin Əliyev: Bundan sonra digər klublar da bizdən çəkinəcəklər
18.10.2010 - 14:12
“Hər şey göz qabağındadır. Əzmkar mübarizə apardıq və böyük hesablı qələbə qazandıq”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun müdafiəçisi Elvin Əliyev deyib.
IX tur çərçivəsində son ölkə çempionu “İnter”in qapısından 5 cavabsız top keçirən AZAL rəqibin antirekordunu müəyyənləşdirib. Belə ki, “bankirlər” buna qədər 5 top fərqi ilə məğlub olmamışdı.
Əslində, “təyyarəçilər” də rəqibini bu hesabla yenəcəyini gözləmirdi. Əliyevin fikrincə, bu qələbədən sonra əksər klublar AZAL hörmətlə yanaşacaq: “Deyəsən, bu onların ilk belə məğlubiyyətidir. Əlbəttə, nəticə bizim üçün sevindiricidir. Yəqin ki, bundan sonra digər klublar da bizdən çəkinəcəklər”.
Futbolçu oyundan öncə qazanılacaq qələbəni klubun prezidentinə həsr edəcəklərinə də söz verdiklərini deyib: “Birinci hissədə qol vurmaq üçün imkanlarımız oldu. İstifadə edə bilmədik. Fasilədə uşaqlarla sözləşdik. Rəqibin orta sahəsini ələ keçirdik. Bunun nəticəsində də böyük hesablı qələbə qazandıq. Sözsüz, hesab bizim üçün də gözlənilməz oldu. Son çempionun qapısına 5 qol vurmaq asan deyil. Qələbəni klubun prezidenti Vaqif Qasımova həsr edirik”.

0
0