“Turan” “Neftçi”dən daha yaxşı oynadı”
18.10.2010 - 14:36
“Turan” “Neftçi”dən daha yaxşı oynadı”
“Bir həftəyə yaxındır ki, Tovuzdayam. Zədəm tam sağalıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun müdafiəçisi Muammer Erdoğdu deyib.

Son 4 turda komandasına kömək edə bilməyən türkiyəli müdafiəçi ciddi zədə almışdı. O, ötən ay vətəninə yollanaraq, zədəsini müalicə etdirib. Ancaq futbolçu meydana çıxmağa tam hazır deyil: “Neftçi” ilə oyuna hazır deyildim. Ancaq “Xəzər Lənkəran”a qarşı forma geyinə bilərəm. Bu artıq baş məşqçinin verəcəyi qərardır. Deyəsən, qarşıdakı turda da mənə şans vermək niyyətində deyil. Çünki ona “Xəzər Lənkəran”la oyuna hazır olacağımı deyəndə, oynayacağımı təsdiq etmədi və o biri turda şans verməyi düşündüyünü dedi. Yəqin fiziki hazırlığım onu qane etmir”.

“Neftçi” ilə oyunu tribunadan izləyən “Turan”ın müdafiəçisi bu matçda komandasının qələbəyə daha yaxın olduğunu bildirib: “Komanda yaxşı oynadı. Meydanda zəif futbolçumuz yox idi. Fikrimcə, “Turan” qələbə qazanmalı idi. Çünki komandamız daha yaxşı oynayırdı”.