“Azərbaycanda hələ belə oyun olmamışdı”
18.10.2010 - 15:13
“Azərbaycan çempionatında hələ belə oyun olmamışdı. Hardasa Avropa səviyyəli qarşılaşma idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubun kapitanı Azər Məmmədov deyib.
Unibank Premyer Liqasının IX turunda “Xəzər Lənkəran”la qarşılaşan “Gəncə”nin 4:1 hesablı qələbəsi turun sensasiyası sayıla bilər. Çünki Gəncə təmsilçisindən fərqli, lənkəranlılar liderlər qrupunda məskunlaşıb və çempionluq uğrunda mübarizə aparır. Ona görə də “ağ-yaşıllar” Gəncədəki oyunda da favorit hesab edilirdi. Ancaq futbolun yazılmayan qanunları bu dəfə “Xəzər Lənkəran”ın əleyhinə işlədi. Oyun haqqında danışan “Gəncə”nin kapitanı matçın ilk dəqiqələrində çaş-baş qaldıqlarını etiraf edib: “Onlar oyunun əvvəlində hesabı açdılar. Çaş-baş qalmışdıq. Sonradan hesabı bərabərləşdirdik və irəli keçdik. Birinci hissədə oyuna nəzarət tamamilə bizim tərəfimizdə idi. İkinci hissədə isə sırf hesabı qorumağa çalışdıq. Rəqib qapıçı səhvə yol verdi. Biz də 4-cü qolu vurduq”.
Məmmədov böyük hesablı qələbəni gözləmədiklərini də etiraf edib: “Böyük hesablı qələbə gözləmirdik. “Xəzər Lənkəran” indiyə qədər cəmi 1 top buraxmışdı. Məğlubiyyətləri isə yox idi. Həm də 2004-cü ildən bəri rəqibimiz ölkə futbolunda hegemonluq edir. Ancaq “Gəncə”də “Gəncə”dir. Bunu heç kim unutmasın. Birinci diviziondan çıxanda nə olar?”

0
0