Kaka “Milan”a, Robinyo “Real”a qarşı
18.10.2010 - 15:46
Kaka “Milan”a, Robinyo “Real”a qarşı
Sabah Çempionlar Liqasında (ÇL) III tura start veriləcək. Apasport.az saytının məlumatına görə, günün mərkəzi oyunu Madriddə keçiriləcək.

“Santyaqo Bernabeu” stadionunda turnirin ən çox qalibləri olan “Real”la “Milan” üz-üzə gələcək. Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyo bu vəzifəyə gələnədək Milan şəhərində çalışırdı. “İnter”dən ÇL-i qazanandan sonra ayrılan portuqaliyalı mütəxəssis “Milan”la dəfələrlə görüşdüyündən, rəqibi çox yaxşı tanıyır. Mourinyonun güvənmədiyi braziliyalı futbolçu Kaka “Milan”dan “Real”a gedəndən sonra parlaq oyun göstərmir. “Milan” isə yayda “Real”da çıxışı ilə tanınan Robinyonu transfer etdi. “Barselona”dan icarəyə götürülən Zlatan İbrahimoviç isə “Kral klubu”nun qapısına yol tapmağı bacarıb.

Türkiyənin yeganə təmsilçisi olan “Bursaspor” ardıcıl ikinci oyundur Böyük Britaniyaya səfər edir. Ərtoğrul Sağlamın yetirmələrini Şotlandiyada “Reyncers”lə görüşdən sonra daha çətin sınaq gözləyir. Türkiyə çempionuna İngiltərədə “Mançester Yunayted”lə görüşdə xal qazanması real görünmür. “Bursaspor”un xeyrinə olan amil Aleks Feryussonun komandasının son vaxtlar çoxlu xal itkilərinə yol verməsidir.

Qeyd edək ki, “Spartak” – Çelsi” oyunu (Bakı vaxtilə saat 21:30-da) istisna olmaqla, qalan görüşlər ənənəvi vaxtda – 23:45-də başlayacaq.

19 oktyabr

E qrupu

“Roma” – “Bazel”
“Bavariya” – ÇFR

F qrupu
“Spartak” – “Çelsi”
“Marsel” – “Jilina”

G qrupu
“Ayaks” – “Oser”
“Real” – “Milan”

H qrupu
“Braqa” – “Partizan”
“Arsenal” – “Şaxtyor”

20 oktyabr

A qrupu

“İnter” – “Tottenhem”
“Tvente” – “Verder”

B qrupu
“Şalke” – “Hapoel”
“Lion” – “Benfika”

C qrupu
“Reyncers” – “Valensiya”
“Mançester Yunayted” – “Bursaspor”

D qrupu
“Panatinaikos” – “Rubin”
“Barselona” – “Kopenhagen”