Azərbaycanlı futbolçular “San-Siro”da meydana çıxdılar
18.10.2010 - 16:19
Bakının “İnter” klubunun 4 futbolçusu İtaliyanın məşhur “Milan” komandasının düşərgəsində təlim-məşq toplanışı keçiblər. Apasport.az saytının məlumatına görə, iki klub arasında mövcud olan əməkdaşlıq haqda müqaviləyə əsasən Mansur Nəhavəndi, Təyyar Məmmədov, Feyruz Mustafayev və Fuad Bayramlı Apennində hazırlıq keçiblər.
Müqaviləyə əsasən 2008 və 2009-cu illərdə Azərbaycanda keçirilmiş “Milan Junior Camp” layihəsi çərçivəsində seçilmiş bu yeniyetmə futbolçular “Milan”a məxsus Vismara İdman Mərkəzində olublar. Onlar oktyabr ayının 15-dən 17-dək davam edən və təlim-məşq prosesi və turnirdən ibarət olan “Milan Junior Camp” düşərgəsinə qatılıblar.
Azərbaycanlı futbolçular dünyanın 35 ölkəsindən gəlmiş həmyaşıdlarıyla birlikdə meydana çıxaraq, məharətlərini nümayiş etdiriblər. Keçirilən üç qarşılaşmada Təyyar və Feyruz hərəyə bir qol vurmağı bacarıblar.
Düşərgənin başa çatmasından sonra layihə iştirakçıları məşhur “San-Siro” stadionuna gedərək, "Milan” – “Kyevo" qarşılaşmasını canlı izləmək imkanı qazanıblar. Fasilədə layihə iştirakçıları alqış sədaları altında meydana çıxaraq, azarkeşləri salamlayıblar. Təqdimat zamanı diktor Azərbaycandan da yeniyetmə futbolçuların “Milan Junior Camp” düşərgəsinə qatıldığını qeyd edib.
Mənbə: inter.az

0
0