Qurban Qurbanov: Yaxşı ki, Pokora yoxdur
18.10.2010 - 16:37
Qurban Qurbanov: Yaxşı ki, Pokora yoxdur
“Qarabağ” “Simurq”la oyunlarda arzuolunmaz seriyaya son qoyub. Apasport.az saytının hesablamalarına görə, ağdamlılar Zaqatala təmsilçisi üzərində nəhayət, qələbə qazana bildi.

“Qarabağ” bütün milli çempionatlarımızın iştirakçısı olduğu halda, “Simurq” 2006-cı ildən yarışa qatılıb. Komandalar Unibank Premyer Liqasının son turuna qədər 8 dəfə görüşmüşdülər. Bunlardan 4-də heç-heçə qeydə alınıb, 4-də “Simurq” qalib gəlmişdi. Maraqlıdır ki, indiyədək 4 mövsümün hər birində bir oyun bərabərliklə, digəri zaqatalıların qələbəsi ilə nəticələnirdi. Bu oyunların hamısında isə “Simurq”un baş məşqçi postunda Roman Pokora olub. Ukraynalı mütəxəssisin gedişi ilə komandanın “Qarabağ”la oyunlarda məğlubiyyətsiz seriyasına son qoyuldu.

Əslində, baş məşqçi Qurban Qurbanov doğulub, boya başa çatdığı Zaqatalanın təmsilçisi ilə görüşdə əzmkar qələbə qazandı. Yəni makedoniyalı Qyoko Hacıyevskinin yetirmələri hesabda iki dəfə irəlidə olmaqla, “Qarabağ”a çətin anlar yaşatdı. Ağdamlılar Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə qələbə topunu 88-ci dəqiqədə vurmağa müvəffəq olub. Bununla da arzuolunmaz rəqibi axır ki yenmək mümkün oldu.

Qeyd edək ki, “Qarabağ”la “Simurq” indiyə kimi ölkə kubokunda görüşməyib.

“Qarabağ”la “Simurq”un görüşləri

2006/07 mövsümü

23 sentyabr

“Qarabağ” – “Simurq” – 1:1

12 may
“Simurq” – “Qarabağ” – 3:0

2007/08 mövsümü
11 avqust

“Simurq” – “Qarabağ” – 1:0

16 fevral
“Qarabağ” – “Simurq” – 2:2

2008/09 mövsümü
27 sentyabr

“Qarabağ” – “Simurq” – 0:2

22 mart
“Simurq” – “Qarabağ” – 0:0

2009/10 mövsüm
20 oktyabr

“Simurq” – “Qarabağ” – 1:0

20 dekabr
“Qarabağ” – “Simurq” – 0:0

2010/11 mövsümü
17 oktyabr

“Qarabağ” – “Simurq” – 3:2