İtaliyada Azərbaycanı 3 klub təmsil edibmiş
18.10.2010 - 17:04
Bakının “İnter” və İtaliyanın məşhur “Milan” klubları arasında müqaviləyə əsasən Appenin yarımadasında təlim-məşq toplanışı keçən azərbaycanlı futbolçuların təmsil etdiyi komandalar məlum olub. Apasport.az saytının məlumatına görə, 2008 və 2009-cu illərdə ölkəmizdə keçirilmiş “Milan Junior Camp” layihəsi çərçivəsində seçilmiş və “Milan”a məxsus Vismara İdman Mərkəzində hazırlıq keçən oyunçulardan Mansur Nəhavəndi “İnter”i, Təyyar Məmmədov “Bakı”nı, Feyruz Mustafayev və Fuad Bayramlı “Qəbələ”ni təmsil ediblər. Onlar oktyabr ayının 15-dən 17-dək davam edən və təlim-məşq prosesi və turnirdən ibarət olan “Milan Junior Camp” düşərgəsinə qatılıblar.
Qeyd edək ki, italiyalılarla əməkdaşlıq haqda müqavilə imzalayan “İnter” Apenninə yollanacaq oyunçuların seçimi zamanı digər klubların yetirmələrini də sınaqlara dəvət etdiyindən ölkəmiz Milan şəhərində müxtəlif klublarla təmsil olunub.

0
0