Fabio Luis Ramim: Günah məndə idi, üzr istədim - MÜSAHİBƏ
21.10.2010 - 23:03
“Bakı” klubu və Azərbaycan yığmasının braziliyalı futbolçusu Fabio Luis Ramimin apasport.az saytına müsahibəsi
- Cari mövsümdə uğursuz çıxış edən komandanız “Qarabağ”la görüşdə çox zəif təsir bağışladı və 0:2 hesabı ilə uduzdu. Uğursuzluğun səbəbini nədə görürsünüz?
- Bunu demək çətindir. Biz hər görüşdə yaxşı oyun göstərib, qalib gəlmək istəyirik. Oyunlara ciddi hazırlaşırıq. Lakin “Qarabağ”la görüşdə zəif oynadıq. Meydanda çox qaçırıq, qələbə istəyimiz çoxdur. Ancaq nəsə alınmır, səbəbini bilmirəm. Uğursuzluq zolağına düşmüşük və bundan çıxmaq lazımdır.
- Bəlkə hansısa problemlər var? Hər halda, zəif oynayırsa, problem olmalıdır...
- Maddi baxımdan heç bir problemimiz yoxdur. “Bakı” əla komandadır. Klub rəhbərliyi daim bizə diqqət göstərir. Yaxşı hazırlıq üçün hər cür şərait yaradılıb, gözəl bazamız var. Baş məşqçimiz də yaxşıdır.
- Ancaq klub rəhbərliyinin göstərdiyi diqqətin qarşılığını verə bilmirsiniz...
- Bunu yaxşı başa düşürəm. Bu, mənə də pis təsir edir. Həqiqətən çox üzülürəm. Pis oynadıq və bu haqda ciddi düşünməyimiz lazımdır. İndiki oyunumuz, turnir cədvəlində mövqeyimiz yaxşı deyil. Avropada da bir sıra güclü klublar cari mövsümdə uğursuz çıxış edir. Ötən mövsüm Almaniyanın vitse-çempionu olan “Şalke”ni misal göstərmək olar. Mən onu demək istəyirəm ki, toparlanıb, növbəti oyunlarda qalib gəlməliyik.
- İndiki vəziyyətinizi nəzərə alsaq, bu, asan olmayacaq. İlk dövrənin son iki turunda “İnter” və “Neftçi” ilə çətin sınaqlarınız var...
- Doğrudur. Bizə həmin görüşlərdə çox çətin olacaq. Ancaq başqa yolumuz yoxdur. Güclü komandalar belə vəziyyətdə toparlanıb, öz sözlərini deyirlər. Biz də bunu etməliyik. Düşdüyümüz vəziyyətdən çıxmalıyıq. Oyunumuzda yaxşılığa doğru dəyişikliyə ehtiyac var. Bir qələbə ilə psixoloji durumumuz yaxşılaşa bilər.
- Onu da nəzərə alaq ki, “İnter” son oyunda daha ağır zərbə alıb. Heç kimin gözləmədiyi halda, AZAL-a 0:5 hesabı ilə uduzub. Yəni rəqibdə psixoloji vəziyyət pisdir...
- Elədir. “İnter”də də çətin vəziyyətdədir. Onlar da vacib xal itkilərinə yol veriblər. Bu mənada “İnter” də bizimlə görüşə yalnız 3 xal üçün çıxacaq. Biz qələbəni yaxşı oyunla qazanmaq istərdik. Növbəti vacib görüşlərdə qələbə qazansaq, psixoloji vəziyyətimizi yaxşılaşdıracağıq.
- “Qarabağ”la oyunda digər xoşagəlməz olay yığmada da komanda yoldaşınız olan Vaqif Cavadovla aranızdakı insident oldu. Bunu necə izah edərsiniz?
- Vaqif mənim dostumdur. Onunla yığmada oynadığım vaxtdan tanışam. Bu, oyun epizodu idi. Hesabda geridə olduğun zamanı meydanda gərginlik, mübarizə artır. Bu zaman ötürmə verməklə də bağlı anlaşılmazlıq yaranır. Futbolda belə şeylər olur. Bu, normal bir şeydir. Artıq heç bir problem yoxdur.
- Yəni münasibətlərinizdə problem qalmayıb?
- Bəli. Cavadov dostum olaraq qalır. Oyundan sonra söhbətləşdik və anlaşılmazlığa son qoyduq.
- Günah kimdə idi? Sizdə, yoxsa Vaqifdə?
- Məndə. Həmin anda əsəbi idim. Səhvimi başa düşdüm və sonradan Vaqifdən üzr istədim.
- Bəs uğursuz çıxışınıza görə üzr istəməyə hazırsınız?
- Əlbəttə. Azarkeşlərdən, prezidentimizdən, klub rəhbərliyindən üzr istəyirəm. Biz hələ ki onları sevindirmirik. Azərbaycanda super klub olan “Bakı”da üçüncü ilimi də titulla başa vurmaq istəyirəm. Əvvəl ölkə çempionluğu, sonra kuboku qazandım. Çalışacağıq ki, növbəti oyunlarda yaxşı oyunla azarkeşlərimizi sevindirib, baş məşqçi, rəhbərliyin etimadını doğruldaq. 8-ci yer “Bakı”ya yaraşmır. Biz layiq olmadığımız yerdəyik. Növbəti oyunlarda xal ehtiyatımızı artırıb, turnir cədvəlinin yuxarılarına irəliləməliyik.
Mehman SÜLEYMANOV

0
0