“Futbolçularımızın 90 dəqiqədə nə qədər qaçdığını dəqiq bilmirik”
21.10.2010 - 23:09
“İngiltərənin tanınmış "Prozon" şirkəti ilə əməkdaşlıq etmək rəhbərliyimizin təşəbbüsü ilə oldu. Bununla maraqlanmaq tapşırığını alan kimi işə başladıq. Əməkdaşlığın komandamız üçün faydalı olacağını hesab edib, 2 illik müqavilə imzaladıq. Müqaviləyə əsasən, həmin şirkətin Azərbaycandakı rəsmi distributorluq hüququ da “Muğan”a məxsusdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
Anlaşmaya əsasən şirkət təqdim etdiyi məhsulların imkanlarından istifadə edərək, oyunların təhlilini yerinə yetirəcək. Bu texnologiyalar vasitəsilə futbolçuların fiziki və taktiki göstəricilərinin kompüter versiyası əks etdirilir. Fəaliyyətə 1998-ci ildə başlayan “Prozon”un FİFA, US Soccer, “Mançester Yunayted”, Madrid “Real”ı, “Arsenal” kimi dünyada məşhur futbol təşkilatları və klubları ilə sıx əməkdaşlıq əlaqələri yaradılıb.
Şirəliyev məşhur şirkətlə əməkdaşlığın bəhrəsini görəcəklərinə böyük inamlarının olduğunu bildirib: “Bu, çox böyük bir layihədir. Həmin aparatlar futbolçularımızın oyun ərzində fiziki, taktiki və digər göstəricilərini dəqiqliyi ilə göstərəcək. Futbolda oyun standartları var. Avropada futbolçular oyun ərzində 11-12 min kilometr qaçırlar. Ancaq futbolçularımızın 90 dəqiqədə nə qədər qaçdığını dəqiq bilmirik. Biz həmin şirkətdən bir oyunumuzun təhlil etmələrini xahiş etdik. Bu, “Simurq”la görüş idi. Aparılan təhlillər futbolçuların baş məşqçinin tapşırıqlarına neçə faiz əməl etdiyini göstərdi. Orada fərqlərin olduğunu gördük. Oyunda futbolçularımızın 250 ötürmə verdiyi aşkara çıxdı. Avropada isə bu rəqəm 400-dən çoxdur”.
Vitse-prezident komandanın inkişafına hesablanmış bu layihədən sonra futbolçuların işlərinə daha məsuliyyətlə yanaşacaqlarına düşünür: “Məşqçilərimiz bilməlidir ki, futbolçuların göstəriciləri nə qədərdir, onlar oyun zamanı nə qədər qaçır, ötürmə verirlər. Elə olur ki, baş məşqçi futbolçuya meydanda bir mövqedə oynamağı tapşırdığı halda, o, başqa zonada çıxış edir. Futbolçular onların göstəricilərini dəqiqliyi ilə müəyyənləşdirildiyini, məşqçilərin tapşırıqlarını nə dərəcə əməl edildiyinin təhlilinin aparıldığını biləndən sonra işlərinə daha ciddi yanaşacaqlar. Bu, bahalı layihə olsa da, onun faydalılığını nəzərə alaraq, reallaşdırmağı lazım bildik”.
Mehman SÜLEYMANOV

0
0