İqor Mitreski: “Qarabağ” bizə yaxınlaşıb
21.10.2010 - 17:40
İqor Mitreski: “Qarabağ” bizə yaxınlaşıb
“Gəncə” ilə oyuna ciddi hazırlaşırıq. Hamı bu görüşün vacib olduğunu anlayır. Çünki “Qarabağ” “Bakı”nı məğlub etməklə, turnir cədvəlində bizə daha da yaxınlaşıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin müdafiəçisi İqor Mitreski deyib.

Makedoniyalı futbolçu bildirib ki, Unibank Premyer Liqasında “Gəncə” ilə oyuna qələbə üçün çıxacaqlar: “Gəncə” ilə qarşılaşmada 3 xal qazanmaqla turnir cədvəlinin zirvəsində daha da möhkəmlənə bilərik. Klubda əla atmosfer var, ümid edirəm ki, özümüzü toparlayıb “Gəncə”ni məğlub edəcəyik. Əsas odur ki, ötən oyunda buraxdığımız səhvləri təkrarlamayaq. Yeri gəlmişkən, “Turan”la görüşdə meydançanın bərbad vəziyyətdə olması oyunumuza təsirsiz ötüşmədi. Lakin keçmişi unudub irəli baxmalıyıq”.

Qeyd edək ki, “Neftçi” və “Gəncə” oyunu oktyabrın 23-də keçiriləcək.

Mənbə: neftchifc.com