Yığmamızın oyunçuları Ukrayna klubu ilə müqavilə imzaladılar - FOTO
22.10.2010 - 08:53
Azərbaycan futzal yığmasının oyunçuları Biro Jade ilə Serjao karyeralarını Ukraynada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, “Araz” klubunun heyətində ötən mövsüm UEFA kubokunda bürünc medal qazanan milliləşən braziliyalılar “Uraqan” klubu ilə müqavilə imzalayıblar. Ukraynalılar yığmamızın heyətində 4-cü yeri tutduqları son Avropa çempionatında da əla oynayan futzalçıları “transfer bomba”sı sayırlar.
Qeyd edək ki, Jade ilə Serjao “Araz”ın heyətində ölkə çempionluğunu qazanıb. Ukrayna çempionatında 4-cü yerdə gedən “Uraqan”ın 6 oyundan 12 xalı var.
Qeyd edək ki, Jade ilə Serjao “Araz”ın heyətində ölkə çempionluğunu qazanıb. Ukrayna çempionatında 4-cü yerdə gedən “Uraqan”ın 6 oyundan 12 xalı var.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0