Serjao: Azərbaycan yığması ilə mundialda oynamaq istəyirəm
22.10.2010 - 09:40
“Ukraynada heç vaxt olmamışdım. Ancaq mənə burada baş verən hər şey maraqlıdır. Bu çempionatda oynamaq maraqlıdır. Tarix yazmağa çalışacağam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan futzal yığmasının oyunçusu Serjao deyib.
1,84 metr boya, 107 kq çəkiyə malik milliləşən braziliyalı oyunçu Naxçıvanın “Araz” klubundan gedəndən sonra karyerasını Ukraynada davam etdirməyə qərar verib. Rusiya təmsilçilərində oynamış hücumçu “Uraqan”la müqavilə imzalayıb. Serjao İvano-Frankovsk təmsilçisinə gəlişini karyerasında yeni mərhələ sayır. O, “Uraqan”ın heyətində nə qədər qol vurmağı planlaşdırmaqla bağlı sualı belə cavablandırıb: “Mən gənc olanda, bu haqda çox fikirləşirdim. İndi mənim üçün birinci yerdə komandanın nəticəsi durur. Hər oyunda qalib gəlməyə çalışıram. Qollardan başqa, komanda yoldaşlarıma yaxşı ötürmə verə bilərəm. Buna görə də vurduğum qolların sayı mənə maraqlı deyil. Mən “Uraqan”ı çempion etmək üçün gəlmişəm. Rəhbərlik də bu məqsədi qarşımıza qoyur. Əvvəl pley-offa çıxmaq, sonra çempionluq uğrunda mübarizə aparmaq. Mən bu klubda böyük perspektiv görürəm”.
Serjaonun sözlərinə görə, Ukraynada futzalçılar çox sürətli və cəlddirlər: “Ukrayna yığması iki dəfə Avropa çempionatının finallarında oynayıb. Bu, çox şey deyir. Mən Ukraynaya ailəmlə – həyat yoldaşım və 4 yaşlı qızımla gəlmişəm. Onlar üçün çətin deyil, mən xaricdə oynayanda uşağım anadan olmuşdu. Buna görə də adaptasiya ilə bağlı problem yaranmamalıdır. Hələ İvano-Frankovskda heç nə görməmişəm. Gördüklərim yeni ev, super market və oyun zalıdır”.
Braziliyalı ölkəmizi tərk etsə də, yığmamızda çıxışı davam etdirməkdən imtina etməyəcək: “Bəli, Azərbaycan yığmasında çıxışımı davam etdirməyi planlaşdırıram. Bizim qarşıda Avropa və dünya çempionatımız var. Şəxsən mən dünya çempionatında oynamaq istəyirəm. Təəssüf ki, karyeram ərzində Braziliya yığmasına düşə bilmədim. Ona görə də məhz Azərbaycan yığmasının heyətində ciddi nəticələr qazanmağa çalışacağam”.
Qeyd edək ki, Serjao ilə “Araz”da və yığmamızda oynamış həmyerlisi Biro Jade də “Uraqan”a keçib.

0
0