Elxan Məmmədov yığma üzvləri ilə görüşdü
22.10.2010 - 09:43
Elxan Məmmədov yığma üzvləri ilə görüşdü
15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası vətəni tərk edib. Apasport.az saytının məlumatına görə, oktyabrın 22-dən noyabrın 4-ə qədər Almaniyanın Reqensburq şəhərində təlim-məşq toplanışı keçirəcək yığmamız bu ölkəyə yola düşüb. Səfər ərəfəsində AFFA-nın baş katibi Elxan Məmmədov almaniyalı baş məşqçi Sissi Rayt və yetirmələri ilə görüşüb. O, komanda üzvlərinə uğurlar arzulayıb.

Qeyd edək ki, hazırlıq prosesində 18 futbolçu - Mədinə Xələfova, Günay İsmayılova, Əminə Heydərova, Nərgiz Ömərova, Gülsüm Cəfərova, Jalə Məmmədova, Aytən Şabanova, Kamilla Məmmədova, Nigar Cəlilli, Şəfəq Nəsirova, Sevinc Babayeva, Sevinc Qurbanova, Ləman Əmirova, Ləman Bağırova, Aliyə Vəliyeva, Olya Şioşvili, Aysun Əliyeva və Humay Nəzərova iştirak edəcəklər.

Mənbə: affa.az