“Azərbaycan futbolunun inkişafından xəbərim var”
22.10.2010 - 10:04
“Azərbaycanla oyunda yeganə məqsədimiz qələbə qazanmaqdır. Rəqib haqda kifayət qədər məlumat toplaya bilməsək də, qarşılaşmanın çətin keçəcəyini düşünürəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Portuqaliya milli komandasının baş məşqçisi Emilio Peyşe deyib.
Avropa çempionatının ilkin seçmə mərhələsinin V qrupunun bu gün keçiriləcək ilk oyununda Azərbaycan yığması ilə görüşəcək pireneylilərin çalışdırıcısı komandamızdan ehtiyatlanır: “Çünki Azərbaycan futbolunun ildən-ilə gücləndiyindən xəbərim var. Lakin biz də oyunlara yaxşı hazırlaşmışıq, matçlara köklənməyimiz də qaydasındadır. Bu da bizim mərhələni keçəcəyimizi düşünməyə zəmin yaradır”.
Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu Bakı avxtı ilə saat 20:00-da başlayacaq.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0