Mirça Rednik: Mənim “Xəzər Lənkəran”dan ayrılmaq fikrim yoxdur
26.10.2010 - 13:55
“Mənim “Xəzər Lənkəran” klubundan ayrılmaq fikrim yoxdur. Hazırda komandamdan başqa heç nə məni maraqlandırmır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun rumıniyalı baş məşqçisi Mirça Rednik deyib.
O, baş məşqçi postuna namizəd olduğu Rumıniya millisində çalışmaq istəmədiyini bildirib: “Təbii ki, hər bir mütəxəssis öz ölkəsinin yığmasında çalışmaq istəyər. Lakin mən “Xəzər Lənkəran”dakı fəaliyyətimdən məmnunam. Bizim üçün hər cür şərait yaradılıb, şikayətlənməyə heç bir əsasım yoxdur. Mən də öz işimə köklənmişəm”.
Rumıniya mətbuatına açıqlamasında Rednik yığmanın indiki çalışdırıcısı Razvan Luçeskunu əvəzləmək istəmədiyini ifadə edib: “Rumıniya yığmasının hazırkı baş məşqçisi Razvan Luçesku yaxşı mütəxəssisdir. Onunla münasibətlərimiz də əladır. İndi onun işdən çıxarılması haqda danışmağım da düzgün çıxmaz”.

0
0