“Real” və “Barselona” getsin başqa ölkənin çempionatında oynasın”
26.10.2010 - 15:28
İspaniya klubları ölkə çempionatının yayım hüququndan gələn qazancın bölüşdürülməsindən narazıdır. Apasport.az saytının məlumatına görə, Primera təmsilçiləri gəlirin yarıdan çoxunun iki nəhəngə qismət olması ilə barışa bilmir.
“Sevilya”nın prezidenti Xose Mariya del Nido bu məsələ ilə bağlı mətbuat konfransı keçirərək, belə çempionatda oynamaq istəmədiklərini bəyan edib: “Bu “Valensiya”, “Atletiko”, “Sevilya” kimi klubların çempion olmasına imkan vermir. Digər klublar “Real” və “Barselona”nın qabağından qalan ət qırıntıları ilə kifayətlənməli olurlar. Hərçənd Primerada daha 18 komanda mübarizə aparır. Biz, yəni bu 18 klub razılaşa bilsək, öz çempionatımızı təşkil edəcəyik. “Real” və “Barselona” isə qoy gedib başqa ölkənin, məsələn Portuqaliya və ya Fransa çempionatında oynasın”.

0
0