Nuri Şahin: Bakıdakı məğlubiyyəti tez unutmaq lazımdır
26.10.2010 - 16:10
“Azərbaycan və Almaniya yığmaları qarşısında aldığımız məğlubiyyət bizi çətin vəziyyətə salıb. Ancaq yığmamızın gələcəyi ilə bağlı ümidliyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə millisinin futbolçusu Nuri Şahin deyib.
Yetirməsi olduğu Dortmund “Borussiya”sında oynayan yarımmüdafiəçi yığmamıza Bakıda 0:1 hesabı ilə uduzduqları oyunda ehtiyatda qalıb. Ancaq Şahin buna görə baş məşqçi Qus Hiddinkə qarşı çıxmır: “Hiddink çox bacarıqlı baş məşqçidir. Məğlubiyyətdən sonra işimiz çətinə düşdü. Ancaq final mərhələsinə gedəcəyimizdən çox əminəm. Türk yığması dünyanın güclü komandaları arasında yer alır. Bakıdakı yenilgini tez unutmaq lazımdır”.
Nuri Almaniya ilə səfər oyunundan sonra Bundesliqada “Köln”lə görüşdə Bundestimin futbolçusu Lukas Podolski ilə arasında yaşadığı gərginlikdən də danışıb: “O, Almaniya – Türkiyə oyununu xatırladan əl hərəkətləri etmişdi. Bu, mənim qüruruma toxundu. Ancaq Lukas sonda məndən üzr istədi. Mən də bunu qəbul etdim. Ancaq aramızda çıxan gərginlikdən dolayı peşmanlıq duymadım”.

0
0