Yunis Hüseynov avtomobil qəzasına düşüb
26.10.2010 - 16:42
Yunis Hüseynov avtomobil qəzasına düşüb
Yevlaxın “Karvan” klubunun sabiq baş məşqçisi Yunis Hüseynov avtomobil qəzasına düşüb. Bu barədə apasport.az saytına 45 yaşlı mütəxəssisin özü məlumat verib. Onun sözlərinə görə, hadisə bu gün baş verib və ciddi problem yoxdur: “Heç bir xəsarət almamışam. “Neftçi”nin keçmiş bazasının yanında işıqforda dayanmışdım. Maşınımı arxadan gələn avtomobil vurdu”.

Avtomobilinin çox da əzilmədiyini söyləyən Hüseynov bildirib ki, dəyən ziyanı özü ödəyəcək: “Avtomobilin sürücüsü cavan oğlan idi. Məni tanıdı və baş verənlərə görə üzr istədi”.