Ceyhun Sultanov: Arxayınçılıq mənfi fəsadlar törədə bilər
27.10.2010 - 10:01
“Şahdağ” pis komanda deyil. Öz meydanında oynadığından bizə müqavimət göstərəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun yarımmüdafiəçisi Ceyhun Sultanov deyib.
Ölkə kubokunun 1/16 final mərhələsi çərçivəsində bu gün Qusarda “Şahdağ”la qarşılaşacaq “Gəncə” mərhələ keçmək iddiasındadır. Oyuna ciddi hazırlaşan Fuad İsmayılovun yetirmələri rəqibin I divizionda mübarizə aparmasına baxmayaraq, oyuna ehtiyatlı çıxacaq: “I divizionda oynamalarının fərqi yoxdur. Həm də bu mərhələnin oyunları cəmi 1 matçdan ibarətdir. Ona görə də rəqibə ciddi yanaşmağa məcburuq. Hansısa arxayınçılıq mənfi fəsadlar törədə bilər”.
Premyer Liqanın X turunda “Neftçi”yə biabırçı hesabla yenilən əyalət təmsilçisinin oyunçuları bu məğlubiyyəti unutmağa çalışırlar. Hərçənd buna birdən-birə nail olmaq mümkün deyil: “Çalışırıq ki, yaddan çıxaraq. Amma qısa zamanda buna nail olmaq mümkün deyil. Yəqin 1-2 turdan sonra unuda bilərik. Qusardan qələbə ilə dönsək, bu da komandaya müsbət təsir göstərəcək”.

- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
0
0