“Neftçi” klubuna yeni məşqçi gətirilir
27.10.2010 - 10:22
“Fiziki hazırlıq üzrə köməkçim olmuş italyan Covanni Melkiorreni qərarına hörmətlə yanaşdıq. Onu başa düşmək olar. Hər bir futbolçu kimi, məşqçi üçün də “Qalatasaray” kimi komandaya düşmək böyük şansdır. Üstəlik, Covanni vaxtilə Georgi Hacının köməkçisi olub”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Son iki ildə “ağ-qaralar”da çalışan Covanni Melkiorre rumıniyalı baş məşqçi Georgi Hacının dəvətini qəbul edərək, “Qalatasaray”a qayıdıb. Vaxtilə “Cim Bom”da da Hacının köməkçisi olan italyan çalışdırıcının gedişindən sonra “Neftçi”də məşqçi postu vakant qalıb. Üstəlik, Bəxtiyar Musayev X turda “Gəncə” ilə görüşdə hakimi təhqir etdiyi üçün AFFA-nın İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzaya məruz qalıb.
Belə olan halda, Əsədov bir müddət köməkçi sarıdan korluq çəkərək, qapıçılarla işləyən serbiyalı Neboyşa Manoyloviçi nəzərə almasaq, yalnız Elmir Xankişiyevlə çalışacaq: “Bunda problem yoxdur. Onsuz da Melkiorre fiziki hazırlıq üzrə köməkçi olsa da, hazırlığın istiqamətini bir baş məşqçi kimi mən müəyyənləşdirirdim. Üstəlik, 2 ildir, yəni mənə qədər komandada çalışırdı. Müqaviləsi bu ilin sonunda bitirdi və təklif alandan sonra məsələ rəhbərlik səviyyəsində həll olundu. Bəxtiyar isə bir müddət “texniki zona”dan kənarda qalsa da, məşq prosesimizdə iştirak edir. Həmin olay mənim yanımda olub və deyə bilərəm ki, Musayevin günahı yoxdur. Onu buna təhrik etdilər və məsələni şişirdərək, bu səviyyəyə çatdırdılar”.
“Neftçi” Musayevlə bağlı AFFA-nın Ekspert və Apelyasiya Komitəsinə rəsmi müraciət etdiyindən, məsələyə yenidən baxıla və cəza yüngülləşə bilər. Ancaq bu olmasa da, Melkiorenin yerinə məşqçi təyin edilməlidir. Baş məşqçi məsələnin bu günlərdə həll olunacağını deyir: “Musayev oyunları tribunadan izləməklə də bizə yardımçı olacaq. Yəni meydandakı mübarizə yuxarıdan daha yaxşı görünür və köməkçim lazımı tövsiyələrini verəcək. Melkiorrenin əvəzinə namizədlər var. Bu posta yerli mütəxəssis cəlb etmək fikrindəyik. İndi çempionat getdiyindən, həftəlik məşq prosesi üzərində çalışırıq. Bu mənada bizə yerli məşqçinin yardımçı olması daha məqsədəuyğundur. Təcrübəli məşqçi olacaq. Demək olar ki, namizədimizi müəyyənləşdirmişik. Sadəcə, məsələ bu günlərdə rəsmiləşəndən sonra adını açıqlayacağıq. Qış fasiləsinə kimin onun işinin nə dərəcədə effekt olması görünəcək”.
Mehman SÜLEYMANOV

0
0