“Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı baş məşqçi oldu
27.10.2010 - 10:33
“Xəzər Lənkəran”ın sabiq məşqçisi İqor Ursaki özünə yeni iş tapıb. Apasport.az saytının məlumatına görə, 2005/06 mövsümünün II yarısında Lənkəran təmsilçisində ukraynalı baş məşqçi Viktor Pasulkonun köməkçisi olmuş moldovalı vətənində baş məşqçi təyin edilib.
Ursaki Moldovanın yüksək liqasında çıxış edən “Kostulen” klubunun çalışdırıcısı olub. 48 yaşlı çalışdırıcı bu postda iki həftə öncə istefa verən İliya Vieranı əvəzləyib. Ursaki son vaxtlar Qazaxıstanın “Taraz” klubunun baş məşqçisi idi. Buna qədər vətənində “Daçiya” və “İntersport-Aroma”nı çalışdıran təcrübəli mütəxəssis Pasulkonun Moldova yığmasında da köməkçisi idi. Pasulko 2006-cı ilin qışında Moldova yığmasından “Xəzər Lənkəran”a gələndən sonra Ursakini də yanına gətirmişdi.
Qeyd edək ki, 8 xalı olan “Kostulen” çempionatında ilk dövrədən sonra 14 komanda arasında 11-ci yerdə gedir.

0
0