“Xəzər Lənkəran” Dieqo Ruizi yola saldı
27.10.2010 - 11:20
“Xəzər Lənkəran”ın argentinalı hücumçusu Dieqo Ruizlə yollarını ayırması rəsmiləşib. Apasport.az saytının məlumatına görə, cənubi amerikalı futbolçunun qovulması qış fasiləsinə xeyli qalmış reallaşıb.
Klubun vitse-prezidenti Tuyqun Nadirov bildirib ki, Ruiz ümidləri doğrultmayıb və hətta əvəzedici komandada oynamaq istəməyib: “Ruiz klubumuzda olduğu dövrdə yaxşı oyun göstərə bilməyib. Buna görə məşqçimiz onu əvəzedici heyətə göndərdi, ancaq argentinalı bundan imtina etdi. Onda biz düşündük ki, yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu müqaviləni qarşılıqlı pozmaqdır”.
Nadirovun sözlərinə görə, nə Ruizin “Xəzər Lənkəran”a, nə də klubun ona qarşı iradı var. Vitse-prezident argentinalı futbolçuya uğurlar arzulayıb: “Ola bilsin ki, o, hansısa ayrı klubda daha yaxşı oynasın, ancaq bizdə bu forvard üzərinə düşən vəzifəni yerinə yetirməyi bacarmadı. İstənilən halda, biz ona uğurlar arzu edirik”.

0
0