Erməni separatçılar ilbizin ölüsünü də rahat buraxmırlar
27.10.2010 - 14:24
Erməni separatçılar ilbizin ölüsünü də rahat buraxmırlar
Ermənilər dünya çempionatının final mərhələsində verdiyi proqnozlarla tanınan ilbiz Paulun ölməsindən istifadə ediblər. Apasport.az saytının məlumatına görə, Fransada dərc olunan “Erməni xəbərləri” qəzeti ilbizin ölməsi xəbərini özlərinə sərf edən şəkildə təqdim ediblər.

Belə ki, bu qəzetin səhifəsində ilbizin Azərbaycan və qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqları arasında seçim etdiyi şəkli dərc olunub. Paulun məhz olmayan ölkənin bayrağını seçdiyini iddia edən ermənilərin ilbizin son proqnozu kimi respublikanın müstəqilliyinin tanınacağını bildirdiyini yazır.

Onu da qeyd edək ki, erməni jurnalistlər bu şəklin kompüter vasitəsilə hazırlandığını da etiraf ediblər.