Jurnalistlər yazır, “Xəzər Lənkəran təkzib edir
27.10.2010 - 14:41
“Xəzər Lənkəran” nümayəndələri Rumıniyaya səfər ediblər. Apasport.az saytının məlumatına görə, cənubluların səfəri Buxarestin “Styaua” klubundan transfer etmək istədikləri Banel Nikolitanın oyununu izləmək məqsədi daşıyıb.
Rumın həmkarlarımız lənkəranlıların bu ölkənin yığmasının da üzvü olan təcrübəli yarımmüdafiəçinin iştirakı ilə keçirilən “Panduri” ilə qarşılaşmanı izlədiyini iddia edirlər. Bu oyunda Banel start heyətində meydana çıxaraq, 74-cü dəqiqədə əvəzlənib. Buxarestdə baş tutan və meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra tərəflər transferlə bağlı danışıqlar aparıblar.
Deyilənə görə, “Xəzər Lənkəran” Banel üçün 1 milyon avro ödəməyə hazırdırsa, “Styaua”nın sahibi Cici Bekali bundan 2-3 qat artığını tələb edir. Baş məşqçi Mirça Rednikin transfer etmək istədiyi futbolçunun özü isə ildə 400 min avro qazanmaq arzusundadır.
Həmçinin bildirilir ki, Rumıniyada olan təmsilçilərimiz bu gün ölkə kubokunda keçiriləcək “Styaua” – “Sportul” oyununu da izləyəcəklər.
“Xəzər Lənkəran”ın rəisi Səməd Mustafayev isə apasport.az saytına açıqlamasında Rumıniya mətbuatında dərc olunan bu xəbəri təkzib edib.

0
0