“Xəzər Lənkəran” tilsimi sındırdı – YENİLƏNİB
30.10.2010 - 16:52
“Xəzər Lənkəran” tilsimi sındırdı – YENİLƏNİB
Bu gün Unibank Premyer Liqasında XI tura start verilib. Apasport.az saytının xəbərinə görə, baş tutan 3 qarşılaşmanın ikisində meydan sahibləri, digərində qonaq komanda qələbə qazanıb.

Tovuzda MOİK-i qəbul edən “Turan” mövsümdə ilk dəfə meydandan 3 xalla ayrılıb. Hər hissədə “hərbçilər”i 1 qola qonaq edən qərb təmsilçisi sonuncu pilləni rəqibinə təhvil verib.

Tovuzlular kimi, AZAL da rəqibini 2:0 hesabı ilə məğlub edib. “Təyyarəçilər”in heyətində ilk topu Avidas Yuşka vurub ki, bu da onun mövsümdə 7-ci qolu olub.

Günün ən maraqlı qarşılaşması mərkəzi arenada “Qarabağ”la “Xəzər Lənkəran” arasında olub. Statistikaya əsasən (2006/07 mövsümü istisna olmaqla), Ağdam təmsilçisi “ağ-yaşıllar”a heç vaxt öz meydanında uduzmamışdı. Amma bu dəfə cənublular tilsimi sındıraraq, həm qələbə qazandı, həm də “Qarabağ”la xal fərqini altıya çatdırdı.

Matçın qəhrəmanı isə Konstantin Arbanas olub. Onun 66-cı dəqiqədə vurduğu gözəl qol, “Xəzər Lənkəran”a minimal hesablı qələbə gətirdi.

Turun daha 3 oyunu sabah baş tutacaq. Əgər mərkəzi qarşılaşmada “Neftçi” “Bakı”ya uduzacağı təqdirdə, “Xəzər Lənkəran” I dövrəni lider kimi başa vuracaq.

30 oktyabr

“Turan” – MOİK - 2:0
QOLLAR: Vurğun Hüseynov, 14 (p); Viktor Qonta, 57
Tovuz şəhər stadionu

AZAL – “Muğan” - 2:0
QOLLAR: Qvidas Yuska, 29; Viktor İqbekoi, 85
“Şəfa” stadionu

“Qarabağ” – “Xəzər Lənkəran” - 0:1
QOL: Konstantin Arbanas, 66
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


31 oktyabr

15:00. “Gəncə” – “Qəbələ”

Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vaqif Musayev, Rauf Cabbarov
Gəncə şəhər stadionu

15:00. “Simurq” – “İnter”
Hakimlər: Ramil Diniyev, Aydın Ələkbərov, Rza Məmmədov, Tahir Əhmədov
Zaqatala şəhər stadionu

17:15. “Bakı” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Roman Vasilyev, Əfqan Həmzəyev
T.Bəhramov adına Respublika stadionu

TURNİR CƏDVƏLİ

1

"Xəzər Lənkəran"

11

7

3

1

13-5

24

2

"Neftçi"

10

7

2

1

23-6

23

3

AZAL

11

6

3

2

16-6

21

4

"İnter"

10

6

1

3

8-8

19

5

"Qarabağ"

11

5

3

3

12-7

18

6

"Qəbələ"

10

4

2

4

8-7

14

7

"Gəncə"

10

3

5

2

17-15

14

8

"Bakı"

10

3

3

4

12-13

12

9

"Muğan"

11

2

4

5

6-11

10

10

"Turan"

11

1

4

6

9-17

7

11

"Simurq"

10

1

3

6

9-18

6

12

MOİK

11

1

1

9

4-24

4



Bombardir: Bahodir Nasimov (Neftçi) - 11