“Nişanlım məni televizordan izləyir”
30.10.2010 - 23:01
Azərbaycan millisinin və Tovuzun “Turan” klubunun futbolçusu Vurğun Hüseynovun apasport.az saytına müsahibəsi
- Neçə ildir futbol oynayırsınız?
- 14 yaşımdan. İlk məşqçim Həsən Əhmədov olub. Ancaq yüksək dəstədə ilk dəfə Sakit Alıyevin rəhbərliyi altında çıxış etmişəm.
- Niyə məhz müdafiəçi oldunuz?
- Açığı, ilk vaxtlar yarımmüdafiəçi kimi çıxış edirdim. Sonra müdafiənin sol cinahına çəkdilər. Bir qədər sərt olduğum üçün arxa xətdə oynamağı məsləhət gördülər. Sakit Alıyev isə sağda oynamağımı istədi. Sonra “Turan”dan ayrıldım. “Qəbələ”də müdafiənin mərkəzində oynadım. İndi də mərkəz müdafiəçisi kimi çıxış edirəm.
- Güclülər dəstəsində oynamaq üçün çox gözləmədiniz. 19 yaşınızdan əsas heyətdə yer aldınız. Çətin olmadı ki?
- Təbii ki, yeni başlayanda çətin oldu. Əsas odur ki, baş məşqçi mənə güvənir. Alıyevin mənə çox köməyi dəyib. O, necə oynamalı olduğumu başa saldı.
- Sonra “Qəbələ”yə üz tutdunuz...
- Keçidimdə “Qəbələ”nin sabiq baş məşqçisi Ramiz Məmmədov maraqlı idi. Bəzi problemlərim var idi, klub rəhbərliyi onları yoluna qoydu. Mən də il yarım Qəbələ təmsilçisinin formasını geyindim. Orada icarə əsasında çıxış edirdim.
- Yığmaya çağırılmağınız gözlənilməz olmadı?
- “Qəbələ”nin heyətində mütəmadi oynayırdım. Pis təsir də bağışlamırdım. Ona görə də gec-tez yığmaya çağırılacağıma inanırdım.
- Millinin düşərgəsinə qoşulduğunuz ilk vaxtlarda özünüzü necə hiss edirdiniz?
- Əsas milliyə qədər U-19 və U-21-in formasını geyinmişdim. Ona görə də, əsas millidə özümü yad hiss etmədim. Yaxşı tərəfdən özümü göstərməyə çalışdım.
- Bəs futboldan ayrı düşdüyünüz vaxtlarda başınız nə ilə qatırsınız?
- İstirahətə çox vaxt ayırıram.
- Adətən bizdə istirahət deyəndə, yatmağı nəzərə nəzərdə tuturlar...
- Mən də elə vaxtımın çox hissəsini evdə keçirirəm. Yatıram, televizora baxıram və s.
- Harasa gəzməyə getmirsiniz?
- Hələ sırf dincəlmək məqsədi ilə heç yerə getməmişəm.
- Sevdiyiniz qız varmı?
- Bəli.
- Deməli, yaxın vaxtlarda evlənmək haqda düşünürsünüz...
- Tezliklə yox. İndi diqqətimi ancaq futbola yönəltmişəm. Bir qədər oyun planında artırmaq istəyirəm. Ancaq 3-4 ildən sonra subaylığın daşını atacam.
- Onun valideynlərinin bundan xəbəri varmı?
- Əlbəttə ki.
- Bəs hansısa xanım sizi sevdiyini etiraf edibmi?
- Yox, ümumiyyətlə, belə şeylərlə aram yoxdur.
- Səfərdən gələndə sevgilinizə hədiyyə alırsınızmı?
- Əlbəttə. Əsasən ətir alıram.
- Üzdə olan futbolçulardansız. Bəs sizi heç qısqanırmı?
- O, mənə inanır. Buna baxmayaraq, qısqandığı vaxtlar da olur. Qısqananda onun könlünü alıram.
- Hansısa oyundan əvvəl zəng vurub televizorda sizi izləməsini demisiniz?
- Olub. “Qəbələ”də forma geyinəndə Bakıdakı oyunlarımız zamanı zəng vurub, oyunuma baxmasını istəyirdim. Artıq yığmanın oyunları zamanı nişanlım televizor qarşısında əyləşib, bizi seyr edir.
- Öz valideynlərin necə, razıdırlar?
- Mən razı olduqdan sonra, onlar da mənimlə eyni fikirdədirlər.
- İnternetdən istifadə etmirsiniz?
- Kompüterim yoxdur. Həm də internetdən istifadə etməkdə həvəsli deyiləm. Ölkədə baş verən yeniliklər barədə uşaqlardan məlumat öyrənirəm.
- Sinif yoldaşlarınızla əlaqə saxlayırsınız?
- Tez-tez görüşürük.
- Gənc yaşda kapitan olmaq çətin deyil?
- Məsuliyyətlidir. Oyun zamanı uşaqları yığmaq, sakitləşdirmək çətin olur. Buna baxmayaraq, öhdəsindən gəlməyə çalışıram.

0
0