Yattara türk oldu
30.10.2010 - 13:43
“Trabzonspor” klubunun qvineyalı futbolçusu İbrahima Yattaranın Türkiyə vətəndaşı olmaq üçün etdiyi müraciət müsbət cavablandırılıb. Lent.az-ın “Habertürk”ə istinadən məlumatına görə, bu barədə klubun meneceri Caner Çuvalçıoğlu açıqlama verib.
Çuvalçıoğlu bildirib ki, Yattaranın təqribən bir il öncə etdiyi müraciət Nazirlər Komitəsinin qərarı ilə qəbul edilib. Bu qərar futbolçunun özünə də bildirilib. Hücumçu adını dəyişərək, “İbrahim Üçüncü” olub. Lakin Qvineya milli komandasında forma geyindiyi üçün onun Türkiyə yığmasında çıxış etməsi mümkün deyil.
Qeyd edək ki, İbrahima Yattara “Trabzonspor”a 2002-2003-cü il mövsümündə Belçikanın “Antverpen” klubundan keçib.

- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
0
0